president.az
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
- Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
- Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2023 cü il
*
https://news.unec.edu.az/xeber/125-universitet/10970-bold-red-novbedenkenar-azerbaycan-respublikasi-prezidenti-sechkilerinin-elan-edilmesi-hagginda-azerbaycan-respublikasi-prezidentinin-serencami-bold-red