Novruz düşüncələri: Bayramlı təhsil, yoxsa təhsilsiz bayram?- Rektor Ədalət Muradov

27 MART 2023 | VIEWS:

İmtahan sessiyası nəzərə alınmadan ali təhsildə dərs ili 40 həftədən ibarətdir.

Tədris planı da məhz 40 həftə üçün nəzərdə tutulur. Reallıqda 40 həftəlik dərs ili ərzində qeyri iş günü olan bayramlar olduğu üçün faktiki dərs ili 40 həftədən az olur. Məsələn, 2022/2023-cü tədris ilində qeyri iş günü olan bayramların sayı 12 gün və ya 2,4 həftədir. Başqa sözlə, nəzərdə tutulmuş 40 həftəlik dərs ili faktiki olaraq 37,6 həftədir. Həmin 2,4 bayram həftəsi üçün nəzərdə tutulmuş mövzular üzrə dərsləri ən yaxşı halda faktiki olaraq 37,6 həftəlik dərslərlə birləşdirməklə “tədris olunur”. Başqa sözlə, “40 həftəlik plan vaxtından əvvəl, yəni 37,6 həftədə yerinə yetirilir”. Bu yanaşmanın təhsilin keyfiyyətinə mənfi təsiri bəllidir. Nə etməli?

1. Akademik -təqvim plan universitetlər tərəfindən sərbəst olaraq təsdiqlənə bilər. Yəni, 40 həftəlik dərs ilinin başlama və bitmə müddəti bayram günləri nəzərə alınmaqla müəyyən edilə bilər. Belə olduğu halda, dərs ili qeyri iş günləri nəzərə alınmadan 40 həftə müəyyən edilə bilər.

2. Dərs ili faktiki dərs ili kimi müəyyən edilsin. Belə olduğu halda, faktiki dərs ili 40 həftə deyil, faktiki dərs günləri qədər, yəni bayram günlərini çıxmaqla, 40 həftədən az (məsələn, cari tədris ilində olduğu kimi 37,6 həftə) müəyyən edilə bilər və tədris planları da buna uyğun olaraq ixtisar edilə bilər.

Həftəlik dərs yükünün artırılması da arzuolunmayan variantlar sırasındadır.

Beləliklə, təhsil hesabına bayram etmək yanaşmasına son qoymaq vaxtıdır! Təhsili bayrama çevirmək daha yaxşı variantdır!

Faktiki dərs ilinin nəzərdə tutulmuş 40 həftədən az olmasının yaratdığı digər problem universitet potensialını artırmaq məqsədilə kənardan yüksək ixtisaslı saathesablı müəllimlərin cəlbi və onların əməyinin ödənilməsilə bağlıdır. Belə ki, kənardan cəlb olunan saathesabı müəllimlərlə imzalanan müqavilədə konkret fənn üzrə nəzərdə tutulmuş saatlar əsasında ödəniş etmək öhdəliyi götürülür. Bayram günlərinə düşən dərslər digər günlərdə olan dərslərlə birləşdirilərək tədris olunur. Belə olduğu halda, bayram günlərinə düşən mövzuların hansı sanki tədris olunur, amma müəllimin tədris etdiyi faktiki dərs saatı müqavilədə göstərildiyindən az olur. Universitet müqavilə öhdəliyini yerinə yetirməmiş olur və müəllim planlaşdırdığı maaşı ala bilmir. Nəticədə, bu amil yüksək ixtisaslı müəllimlərin cəlbinə mənfi təsir göstərir.

Əyani təhsil formasında oxuyan tələbələr hər semestrdə 40 kredit (30 kredit + əlavə 10 kredit) toplamaq hüququna malikdir. Qiyabidə oxuyan tələbələr isə hər semestrdə ancaq 24 kredit toplaya bilər və əlavə kredit toplamaq hüququna malik deyillər. Qiyabiçi tələbələrə də əlavə kredit toplamaq imkanının yaradılması doğru olardı. Bütövlükdə, təkmilləşdirməklə nəzəriyyə və praktikanın vəhdətinin təmin edilməsi baxımından qiyabi təhsil formasının faydalı ola biləcəyini düşünürük. Qiyabi təhsil həm də  “dual təhsilin” əsası ola bilər.

*

https://news.unec.edu.az/xeber/125-universitet/9928-bold-red-novruz-dushunceleri-bayramli-tehsil-yoxsa-tehsilsiz-bayram-rektor-edalet-muradov-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino