17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvüdür. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar Müəllim fəxri adına layiq görülmüş,Tərəqqi medalı ilə təltif olunmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiridir.
100-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 5 elmi-kütləvi kitabın, çoxsaylı dərslik, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir.
Evlidir, 2 övladı var.