Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu başladı

03 İYUL 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2016/2017-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu elan edir. Qəbul Dünya iqtisadiyyatı; Maliyyə və kredit; Mühasibat uçotu, təhlil və audit; Ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün Riyaziyyat (test üsulu ilə), Azərbaycan və rus dili (imla), Coğrafiya (test üsulu ilə) fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Sənədlər aşağıdakı tarixlərdə qəbul edilir:

Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, 20 iyun – 26 iyul tarixlərində;
  • Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyun – 20 iyul tarixlərində.

Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, 20 iyun – 15 avqust tarixlərində;
  • Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyun – 13 avqsut tarixlərində.

Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu Vahid dövlət imtahanı (ЕГЭ) və  filial tərəfindən  təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun – 20 sentyabr tarixlərində aparılacaq.

Müsabiqədə iştirak etmək üçün Dərbənd filialında yerləşən müvafiq komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Qəbul üçün xüsusi ərizə;
  • Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Foto (3×4 ölçüdə, 5 ədəd)
  • Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 036-U)

Qəbul komissiyası həftənin 5 günü saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 16:00-dək fəaliyyət göstərir. Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından, (87240)4-52-86/87; 8(960) 412-33-79 telefon nömrələrindən və [email protected] email ünvanından əldə etmək mümkündür.

Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küç.), ev 10B (auditoriya 101)

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna