600-dən yüksək bal toplayan 291 tələbə UNEC-i seçdi

30 AVQUST 2016 | VIEWS:

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq tələbə adına layiq görülənlər barədə nəticələr məlum olub. Belə ki, respublika üzrə qəbul planı 83.3 faiz yerinə yetirildi halda, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) planı yerləri ötən iki illə müqayisədə ən yüksək nəticədə, 96.5 faizlə yerinə yetirilmişdir. Bu göstərici UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində və Türk Dünyası İşlətmə fakültəsində 100% olub.

Ötən illərlə nisbətdə ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyişə nail olunub. İmtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər öz seçimini UNEC etmişdir. Bu rəqəm 2013-ci ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olmuşdu. Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olmuş 170 tələbənin hamısı 600 və daha yüksək bal toplamışdır. Qeyd edək ki, bu il UNEC-in birinci kursuna qəbul olanlar sırasında 1 nəfər 700 bal, 12 nəfər 680 və daha çox bal, 59 nəfər 650 və daha çox bal toplayan vardır.

qrafik 1

II ixtisas qrupunda Respublika üzrə 600 və daha çox bal toplayan 652 nəfərin 288-inin (44%) seçimi məhz, UNEC olmuşdur. Onu da əlavə edək ki, ölkə üzrə II qrupda qəbul olan 9765 nəfərin 2679-u (27%) “UNEC tələbəsi” adını qazanıb.

UNEC-ə qəbul olan tələbələrin nəticəsinə əsasən, orta balda da artım müşahidə edilib. 2014 və 2015-ci illərdə göstərici müvafiq olaraq 391 və 396 bal olduğu halda, 2016-cı ildə bu rəqəm 421 bala qədər yüksəlmişdir. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, ötən illə müqayisədə göstərici 96 bal artaraq 635 olmuşdur.

qrafika 3

Bundan əlavə olaraq, aşağı balla UNEC-ə qəbul olanların sayında da azalmaq müşahidə edilib. İmtahanlarda 300 bala qədər nəticə göstərən tələbələr 2014-cü ildə 22.4%, 2015-ci ildə 20.1% təşkil etdiyi halda, bu ilki rəqəm 18.7%-ə qədər azalmışdır.

qrafik 2a

Müsbət məqamlardan biri də odur ki, universitetimizə qəbul olan tələbələrin 98%-nin ilk seçimi məhz, UNEC olmuşdur.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano