Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin qiyabi əsaslarla təhsil alan tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda iştirak edən komandalar 3 turda gərgin mübarizə aparıblar. Qalib komandanın üzvlərinə diplom və “Ali&Nino” kitab mağazasından hədiyyə kuponu təqdim edilib.