04.02.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olunaraq, 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki UNEC) bitirərək iqtisadçı ixtisasını almışdır.
1992-ci ildən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində əmək fəaliyyətimə başlamışdır.
1992-1994-cü illər ərzində Əhali və sosial statistikası şöbəsində aparıcı iqtisadçı, 1994-1997-cı illərdə Maliyyə və bank statistikası şöbəsinin müdir müavini, 1997-2013-cü illərdə Qiymət statistikası şöbəsinin müdiri, 2013-2015-ci illərdə Əmək statistikası şöbəsinin müdiri, 2016-cı ilin yanvar ayından may ayınadək Xidmət statistikası şöbəsi müdiri vəzifələrində çalışmışdır.
İş fəaliyyət ilə bağlı bir sıra xarici ölkələrdə, beynəlxalq təhsil qurumlarının təlim kurslarında və konfranslarda iştirak etmişdir.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 2018-ci ilin sentyabr ayından UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının müəllimidir.
Ailəlidir. Bir övladı var.