UNEC rektoru professor Ədalət Muradov yeni seçilmiş Tələbə rektor və UNEC-də fəaliyyət göstərən tələbə təşkilatlarının (TEC, TGT, THİK, “İqtisadçı Tələbələrə Dəstək” İB, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB, İqtisadçı Vətənpərvərlər Təşkilatı, “UNEC könüllüləri” Təşkilatı, “Rəqəmsal Könüllülər” Təşkilatı, UNEC Future Club, “Cross-Cultural Club”, “Tələbə-rektorlar Şurası” Təşkilatı) rəhbərlərilə görüşüb.
Görüşdə tələbə təşkilatlarının gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb.
Səlahiyyət müddəti bitmiş Tələbə rektor və tələbə təşkilatlarının rəhbərləri isə uğurlu fəaliyyətlərinə görə Fəxri fərman və “Təşəkkürnamə”lərlə təltif olunublar.
Rektor yeni seçilmiş tələbə təşkilatlarının sədrləri ilə görüşüb