UNEC-in Rus İqtisad Məktəbinin və Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllim və tələbələrinin iştirak etdiyi mühazirələrdə professor F.Ələsgərov “Müasir iqtisadi sistemlərdə qərar qəbuletmə üsulları”, “Kollektiv qərarlar, ekspert qiymətləndirmələri”, “Qruplarda təsir. Təsir indeksləri. Parlamentlərdə, banklarda, BVF təsir bölgüsü təhlili”, “Ədalətli bölgü. Arktikada mübahisəli ərazilərin bölgüsü” mövzularını ətraflı təhlil edib.
Professor Fuad Ələsgərovun mövzularla bağlı təhlilləri auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirələrdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
*
https://news.unec.edu.az/xeber/100-elm/8209-rusiya-ali-igtisadiyyat-mektebi-mtu-nin-professoru-fuad-elesgerov-unec-de-ustad-dersler-kechib