Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə ADİU arasında əməkdaşlıq genişləndirilir

03 İYUL 2015 | VIEWS:

İyulun 3-də Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) (Национальный Исследовательский Университет “Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti ilə ali təhsil müəssisəsində qonaq olub.

Qonaqlar ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.

Görüş Azərbaycan Dövlət İqtisad Universitetində davam edib. ADİU rektoru, professor Ədalət Muradov çıxışı zamanı iki universitet arasında həyata keçiriləcək planlardan, əməkdaşlığın əhəmiyyətindən danışıb. ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi, hər bir tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, müəllimlərin reytinqinin müəyyən edilməsi üzrə təcrübə mübadiləsi məsələlərinə toxunulub.

Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov çıxışında yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması, birgə konfransların (webinar və videokonfranslar da daxil olmaqla) təşkil edilməsi barədə danışıb.

Görüşdə birgə liseyin yaradılması qərarı qəbul olunub. Bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarının həyata keçirilməsi, online kursların təşkili və birgə elmi tətqiqatların aparılması barədə qərar qəbul edilib.

Ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın tarixçəsi 2014/2015-ci tədris ili ərzində hər iki universitetin beynəlxalq əlaqələr üzrə müvafiq strukturları arasında potensial əməkdaşlıq imkanlarına dair aktiv yazışmaların həyata keçirilməsi ilə başlayıb. Bu ilin 14-15 fevral tarixlərində ADİU-da nüfuzlu Ali İqtisad Məktəbinin Azərbaycan üzrə Olimpiadası keçirilib. 50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi Olimpiadada ADİU-nun 2 tələbəsi qalib olub. Hər iki tələbə AİM–MTU-da ödənişsiz magistratura pilləsində təhsil almaq imkanı əldə ediblər. Həmin ərəfədə Ali İqtisad Məktəbinin professoru M.V.Plotnikov tələbələri üçün master klasslar verib.

Bu ilin 17 aprel tarixində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Moskva Beynəlxalq Təhsil Salonun”da iştirak çərçivəsində ADİU ilə Ali İqtisad Məktəbi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd ADİU-nun rektoru, professor Ədalət Muradov və Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov tərəfindən imzalanıb.

“QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti 1992-ci ildə yaranıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. 35 min tələbəni məzun edə universitet liseydən aspirantura və MBA səviyyəsində qədər təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə  və ikili diplom proqramlarına malik ali təhsil müəsissəsində sosial-iqtisadi ixtisasları ilə yanaşı humanitar, mühəndis və kompüter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al