10 fevral 1932-ci ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.
1954-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ilədək təyinatla Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər qarışıq mallar ticarət idarəsində direktor müavini vəzifəsində işləmişdir.
1957-ci ildə Bakı şəhərinə gəlmiş və 1998-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsi və Azərbaycan KP MK-də məsul vəzifələrdə çalışmışdır.
Uzun illər müxtəlif nazirlik və dövlət təşkilatlarının nəzarət-təftiş və mühasibatlıq orqanlarına rəhbərlik etməklə yanaşı, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Azərbaycan Dövlət Universitetində qiyabi aspiranturanı bitirib iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır.
Leninqrad Maliyyə-İqtisad İnstitutu yanında mühasibat uçotu ixtisası üzrə müəllimlər hazırlayan məktəbdə təhsil almışdır.
1998-ci ildən İqtisad Universitetinin Uçot-iqtisad fakültəsinin “Mühasibat uçotu” kafedrasının dosenti vəzifəsində çalışmışdır.
2004-2005-ci tədris ilində Universitetin Uçot-iqtisad fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
13 adda dərslik, dərs vəsaiti və 90-dan artıq elmi-metodiki məqaləsi çapdan nçıxıb.
“1941-1945-ci Böyük Vətən müharibəsi illərində əməkdə fərqlənməyə görə”, 2010-cu ildə “Qələbənin 60 illiyi” və 2006-cı ildə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalları ilə təltif olunmuşdur.
2017-ci ilə kimi UNEC-in Fəxri professoru olub.
29.11.2017-ci ildə vəfat edib.