1938-ci il yanvarın 17-də Ağdaş rayonunda anadan olmuşdur.
1955-ci ildə Mingəçevir şəhərinin 1 nömrəli orta məktəbini bitirmişdir.
1955-1957-ci illərdə istehsalatda işləmiş, 1957-ci ildə ATİ-nun əczaçılıq fakültəsinə daxil olmuşdur.
1962-ci ildə həmin institutu bitirmişdir.
1962-ci ildə E.A.NKPİ-da əvvəlcə mühəndis, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmışdır.
*
1966-ci ildən D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Kimya” kafedrasında iş fəaliyyətinə başlayıb.
2000-ci ildən İqtisad Universitetində müəllim və baş müəllim vəzifəsində çalışmışdır.
2015-ci ilə kimi İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının baş müəllim-məsləhətçisi olmuşdur.
30-a yaxın elmi məqaləsi, metodiki göstəriş və fənn proqramları çap edilmişdir.