4 avqust 1974-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. 1991-ci ildə Füzuli şəhəri Mirmehdi Xəzani adına orta məktəbi bitirmişdir.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmiş, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistraturasını fərqlənmə diplomu ilə başa vurmuşdur.
2002-ci ilin mart ayında Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində işə qəbul olunmuş, həmin ilin sentyabr ayından isə müəllim vəzifəsində fəaliyyətə başlamışdır. Hal-hazırda «Sоsiаl sferаnın iqtisаdiyyаtı və idаrə edilməsi» kafedrasında “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” və “Turizm və otelçilik” ixtisaslarında mühazirə və məşğələ dərsləri aparır.
31 may 2013-cü ildə “Azərbaycanda turizm bazarının formalaşması və idarə olunmasının regional xüsusiyyətləri” mözusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2014-cü il tarixli (protokol № 05-k) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bir çox beynəlxalq və respublika səviyyəli elmi konfransların iştirakçısı olmuş, 10 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.