1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, 2000-ci ildə bakalavr dərəcəsi, 2002-ci ildə magistr dərəcəsi almışdır. 2007-ci ildən dissertanturaya qəbul edilmişdir. Müntəzəm olaraq təhsil müddətində zəruri sayda elmi işləri və tezisi dərc olunmuşdur.
2013-cü il may ayının 15-də 08.00.05-“Ümumi iqtisadiyyat” ixtisası üzrə “Sahibkarlığın sosial-iqtisadi səmərəliliyi və onun yüksəldilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
09.1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi şöbəsində, 1997-ci ildən “Sosial sferanin iqtisadiyyatı və idarə edilməsi kafedrasında” laborant, həmcinin saat hesabı müəllim və 2014-cü ildən isə müəllim vəzifəsində calışır.
Ailəlidir. 2 övladı var.