Fevralın 16-da Azərbaycan Dövlət İqtisad Univeristetinin rektoru, professor Ədalət Muradov Biznes İnzibatçılığı fakültəsinin Tələbə Gənclət Təşkilatının fəalları ilə görüş keçirib. Fiziki qüsurlu insanlara dəstək məqsədilə tələbələr tərəfindən çəkilən sosial video-çarx iştirakçıları ilə görüşdə belə bir təşəbbüsün həyata keçirilməsi yüksək qiymətəndirilib.
ADİU-nun rektoru çıxışı zamanı tələbələrin cəmiyyətin həssas yanaşdığı bu cür mövzulara diqqət ayırmasından fərəh hissi keçirdiyinivurğulayıb. Bildirilib ki, sosial mediada geniş müzakirəyə səbəb olan video-çarxın müəllifləri təşəbbüskarlıqları ilə yanaşı, bir vətəndaş kimi öz mövqeylərini də ortaya qoyublar. Cəmiyyətdə xüsusi dəyər verilən mövzulara tələbələrin öz münasibətlərini göstərməsi alqışa layiq bir haldır.
Səmimi müzakirə formasında keçən görüşdə daha sonra rejissor Nicat Məmmədzadə və layihə rəhbəri Emil Mirzəyev çıxış ediblər. Onlar ideyanın yaranması və reallaşdırılmasından danışıblar. 50-ə yaxın fəal gəncin bir araya gəlməsində tələbə birliyinin və sosial məsuliyyətin əsas rol oynadığı vurğulanıb.
Tələbələr bundan sonra da sosial-ictimai fəaliyyətdə aktiv iştirak edəcəklərini və yeni-yeni layihələr həyat keçirəcəklərini bildiriblər.
Video-çarxda istifadə olunan işarə dilinin tələbələr öyrədilməsində 3 saylı İnternat Məktəbinin müəllimlərinə xüsusi təşəkkürlər çatdırılıb.
Görüşün sonunda layihə iştirakçıları ilə xatirə şəkili çəkdirilib.