Hər sessiya dövründə olduğu kimi bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də “Qərargah” yaradılıb. “Qərargah” bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək.
İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən “Qərargah”lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.
“Qərargah”ların əlaqə nömrələrini təqdim edirik:
Əsas tədris binası: 146-1-3, (012) 492-59-03 – 200-cü otaq
2-ci tədris binası: (012) 564 40 39 – 100-cü otaq
4-cü tədris binası: (012) 440 76 43 – 414-cü otaq
Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb. Hər fakültə üçün ayrıca təşikil edilən “İmtahana hazırlıq otaqları” haqda məlumatı təqdim edirik:
Fakültələr |
İmtahana hazırlıq otaqları |
Maliyyə və mühasibat fakültəsi | 120, 135 |
“SABAH” mərkəzi | 318, 319 |
Beynəlxalq İqtisadiyyat Məktəbi | 402, 403 |
UNEC Biznes Məktəbi | 406, 420 |
İqtisadiyyat fakültəsi | 603, 604 |
Rus İqtisadiyyat Məktəbi | 601, 605 |
Texnologiya və dizayn fakültəsi | 501, 502 |
Əmtəəşünaslıq fakültəsi | 503, 505 |
Magistratura Mərkəzi | 505 |
Biznes və menecment fakültəsi | 303, 304 |
Türk dünyası işlətmə fakültəsi | 124, 206 |
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi | 303, 304 |
Saxlanc otaqları:
Tədris binaları |
Saxlanc otaqları |
Əsas tədris binası | 309, 404 |
II tədris binası | 204, 304, 404 |
IV tədris binası | 124, 206, 305 |