28 dekabr 1934-cü ildə Cəbrayil rayonunun Quycaq kəndində anadan olmusdur.
1959-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Balı Dövlət Universiteti) bitirmiş, “Bakı fəhləsi» zavodunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin sonundan (05 dekabr) Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutuna baş iqtisadçı vəzifəsinə keçmişdir.
1962-1965-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda aspirant olmuş, eyni zamanda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) dərs demişdir. 25 ilə yaxın İqtisad Universitetində kafedra müdiri işləmişdir.
1967-ci ildə namizədlik və 1988-ci ildə isə doktorluq dissertasiya işlərini müdafiə etmişdir.
160-dan çox elmi-metodiki işin, o cümlədən 12 monoqrafiya, dərs vəsaiti və dərsliyin müəllifidir.
Azərbaycan Respublikasının əməkdar iqtisadçısı və əməkdar müəllimidir.
9 oktyabr 2015-ci il tarixində imzalanan Sərəncama əsasən, Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
*
Telman Hüseynov: ” Cənab Prezidentə təşəkkür edirəm” – MÜSAHİBƏ