1942-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadn olmuşdur.
1961-ci ildə Gəncə İnşaat teknikumunu, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirmişdir.
1978-1980-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dissertantı olmuş, 1980-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik dissertasiyası müdafiə edib, texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.
1962-ci ildən başlayaraq müxtəlif yerlərdə mühəndis, sahə rəisi, baş mühəndis və s. işlərdə işləmişdir.
*
1977-1987-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş müəllim, 1999-cu ildən Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunda baş müəllim vəzifələrində işləyib.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının baş müəllimi olub.
2017-ci ilə kimi “Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının dosenti olub.
2017-ci ildən təqaüddədir.
40-a qədər elmi əsərin və metodiki göstərişin, 1 dərsliyin müəllifidir.
Evlidir, dörd övladı, nəvələri var.