01 iyun 1945-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsəsrrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1974-cü ilə kimi “Sənaye malları əmtəəşünaslığı” kafedrasında assistent, 1974-1977-ci illərdə əyani aspirant olmuşdur.
*
1980-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsəsrrüfatı İnstitutunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
1990-cı ildən “İstehlak mallarının ekspertizası” kafedrasında dosent vəzifəsində çalışır.
110 elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, metodik göstəriş, proqram və elmi məqalələrin müəllifidir.
Ailəlidir, üç övladı var.