Dosent Əfəndiyev Emin Musa oğlu 1943-cü il yanvar ayının 31-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Hərbi xidmətdən sonra “Bakelektroştamp” zavodunda və “Neftemaş” konstruktor bürosunda çalışmışdır. O, 1969-cu ildən Azərbaycan Politexnik İnstitutunda fəaliyyətə başlamış, 1975-ci ildə həmin institutun nəzdində aspiranturanı bitirdikdən sonra namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizadi alimlik dərəcəsi almışdır.
1976-1977-ci illərdə Rumıniyada Neft və qaz institutunda 10 aylıq elmi ixtisaslaşma keçirmişdir. 1978-1980-ci illərdə Azərbaycan Politexnik İnstitutunda Elmi-Tədqiqat sektorunun müdiri işləmişdir.
1980-ci Az.TU-nun ildən “Maşınqayırma texnologiyası”, sonra “Metrologiya və standartlaşdırma” kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində “standartlaşdırma və sertifikasıya” kafedrasında dosent vəzifəsində işləyir. 2006-2009 illəri Azərbaycan Dövlət Neft Akademiyasında Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
*
Dosent Əfəndiyev E.M. 90 elmi əsərlərin, o cümlədən 1 dərsliyin, 5 dərs vəsaitinin, 4 monografiyanın, 2 ixtiranin, 15 tədris proqramının və 63 elmi məqalələrin müəllifidir. Onun 1 məqələsi Jenevrada İSO-nun mərkəzi jurnalında, qalanları Moskvada, Samarada və Bakı şəhərində çap olunmuşdur.
2006-cı ildə İSO 9001-2000 standartı əsasında keyfiyyət menecment sistemi tədbiqi və daxili audit təlim proqramı keçərək Certificate of Ziqon Caspian Concultinq sertifikatını almışdır.
2010-cu ildə Avropa Şurası Metroloji Cəmiyyətinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi seminarın iştirakçısı olmuş və Certificate of attendance sertifikatını almışdır.
2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-560/1 saylı əmri ilə təhsilin inkişafında xidmətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə fəxri fərmanla təltif edilmişdir.
Dosent Əfəndiyev E.M. hal-hazırda “standartlaşdırma və sertifikasiya” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Evlidir, iki övladı və 2 nəvəsi var.