09 iyun 1953-cü ildə Bakıda anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirmişdir.
1975-1988-ci illərdə Dövlətdənizneft elmi-tədqiqat və layihə institutunda mühəndis, sonra kiçik elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1979-1983-cü illərdə Ukrayna Akademiyasının E.O.Paton adına Qaynaq İnstitutunda (Kiyev) aspiranturada oxumuşdur. 1985-ci ildə orada dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
*
1988-2002-ci illərdə Azərbaycan Neft Akademiyasında “Materiallar müqaviməti” kafedrasının assistenti olub. 1991-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışıb.
2002-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Standartlaşdırma və sertifikasiya” kafedrasının dosenti vəziəsində işləyib.