1938-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.
1952-1962-ci illərdə Beyləqan rayonunun Aşıxlı kəndində kolxozçu işləmişdir.
1962-1967-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra gənc mütəxəssis kimi “Maşınqayırmanın Texnologiyası” kafedrasına işə başlamışdır.
1968-1973-cü illərdə Texniki Universitetdə asistent, baş müəllim vəzifəsində işləmişdir.
1973-1976-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin S.M.Kirov adına Toxuculuq və Yüngül Sənayenin texnologiyası institutunun məqsədli aspiranturasında oxumuş, 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1976-1980-ci illərdə kimi AzTU-nun Gəncə şəhərindəki Kirovobad filialında baş müəllim vəzifəsində işləmişdir.
1979-1987-ci illərdə AzTU-da mexanika fakultəsində dekan müavini vəzifəsində işləmişdir.
*
1982-ci ildən “Yeyinti və toxucu maşınları” kafedrasının dosenti, 1987-993-cü illərdə və 1993-1999-cu illərdə “Yeyinti və toxucu maşınları” kafedrasının müdiri vəzifəsində işləyib.
2005-2007-ci illərdə AzTU-da “Toxuculuğun texnologiyası və sahə avadanlıqları” kafedrasında kafedra müdiri vəzifəsində işləmişdir.
2007-2013-cü illərdə AzTU-də “İstehlak mallarının texnologiyası və dizayn” kafedrasının dosenti vəzifəsində işləmişdir.
2013-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosenti olub.
80-dən artıq elmi-metodiki əsəri, o cümlədən bir dərsliyi, 3 dərs vəsaiti, 10-dan artıq metodiki göstərişi, dərs proqramları çap edilmişdir.