1933-cü il fevralın 2-də Ağdamda anadan olmuşdur.
1942-ci ildə Ağdamın 1 N-li məktəbinə daxil olaraq 1952-ci ildə həmin məktəbi bitirmişdir.
1953-ci ildə Azərbaycan Sənaye İnstitunun neft mədən fakultəsinə daxil olmuş;
1959-cı ildə həmin ali məktəbin axşam şöbəsini bitirmişdir.
1953-1959 illər ərzində “Azərdövlətarxteklahiyə”-də, “Neft hasilatı üzrə Az ETİ”-də, Bakı Texnoloji Texnikumunda müxtəlif vəzifələrdə işləmişdir.
1959-1967-ci illərdə neft-qaz quyularının qazılması ETİ-da, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) işləmişdir.
*
1970-ci ildə AMEA-ın dərin neft-qaz yataqlarının işlənməsi problemləri institutunun qiyabi aspiranturasına daxil olaraq, 1973-cü ildə “Dərin neft-qaz quyularının müxtəlif üsullarla qazılmasının iqtisadi səmərəliliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.
1967-ci ildən İqtisad Universitetində müəllimdir. 1979-cu ildən “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında dosent vəzifəsində işləyib. Hazırda kafedrada dosent-məsləhətçidir.
60-a qədər elmi-publisistik məqalə və elmi məqalələrin müəllifidir.
Evlidir, dörd övladı var.