Türk Dünyası İqtisad Fakültəsinin dəvəti ilə UNEC-də olan səfir qlobal və regional reallıqlar kontekstində Türkiyə-Azərbaycan münasibətlərindən danışıb.
C.Bağcı tarixi zəfərlə nəticələnən Vətən müharibəsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan söz açıb. O, Azərbaycanın mühüm strateji mövqeyinin geosiyasi baxımdan bir çox dünya dövlətlərinin diqqət mərkəzində olduğunu, Türkiyənin də maraq dairəsinə daxil olan Cənubi Qafqaz bölgəsinin hazırda mühüm və strateji bir coğrafi əraziyə çevrildiyini bildirib.
Fakültə dekanı professor Mehmet Yüce isə Türk dünyasının elm, təhsil və iqtisadi sahədəki əlaqələrindən söz açıb.
Tələbələrin böyük maraqla dinlədikləri çıxışlardan sonra onların sualları cavablandırılıb.
*
https://news.unec.edu.az/xeber/105-telebe/9520-turkiyenin-azerbaycandaki-sefiri-cahit-bagci-unec-telebeleri-ile-gorushub