Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov qonaqlara universitetin tarixindən, beynəlxalq əlaqələrindən, o cümlədən, Türkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışıb. Həmçinin universitetdə yeni görülən işlər, tədris prosesi, qəbul statistikası barədə ətraflı məlumat verib, yaradılan hibrid auditoriyaları, UNEC şəhidlərinin Memorial Kompleksini qonaqlara göstərib.
Sakarya Universitetinin rektoru prof. Dr. Fatih Savaşan təmsil etdiyi ali təhsil müəssisəsi barədə danışaraq, UNEC ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.
*
https://news.unec.edu.az/xeber/124-beynelxalg-emekdashlig/8925-turkiyenin-sakarya-universitetinin-numayende-heyeti-unec-de-olub