Tədqiqatçı “Qlobal bazarda karbohidrogen ehtiyatları (neft və qaz) və onların perspektivləri” (Hydrocarbon resources (oil and gas) in global market and their perspectives) mövzusunu araşdıracaq.
Artıq Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzinin rəsmi internet səhifəsində UNEC alimi N.Hacıyev haqqında məlumat yerləşdirilib.
N.Hacıyev Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihə müəllifidir. Onun tədqiqatlarını DAAD, USAID, UNDP, EWMI və Azərbaycan Respublikası Elm Fondu dəstəkləyir. UNEC alimi Yunanıstanda “Neft və Qaz Resurslarının İqtisadiyyatı” mövzusunda mühazirələr oxuyur.