UNEC-də “Sülh aylığı” keçirilib

22 SENTYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib.

“Sülh istəyirsənsə, müharibəyə hazır ol!” mövzusunda keçirilən debatda Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova bildirib ki, hər il “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq, Ombudsmanın təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarına hörmət ruhunun təbliğinə xidmət edir. BMT tərəfindən dünya miqyasında əlamətdar gün kimi qeyd edilən “21 sentyabr – Beynəlxalq Sülh Günü”nün əhəmiyyətindən söz açan S.Qəndilova qeyd edib ki, bu gün insanların həqiqətə olan hüquqlarını, zorakılıqsız və münaqişəsiz cəmiyyəti, firavan həyatı təcəssüm etdirir.

Mülki müdafiə kafedrasının dosenti, polkovnik Yunis Ələkbərov tələbələrin hərbi vətənpərvərlik sahəsində maarifləndirilməsindən danışarkən bildirib ki, ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Hər bir cəmiyyətdə sülh mədəniyyətinin formalaşması dünyada sülhün bərqərar olmasının əsas amillərindəndir deyən polkovnik əlavə edib ki, torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün bu gün xüsusi əhəmiyyət kəsb edir.

“Sülh aylığı” çərçivəsində keçirilən digər tədbirdə isə “Azərbaycan tarixi” kafedrasının professoru, iqtisad elmləri doktoru Vəkil Həsənov Ulu Öndər Heydər Əliyevin sülh siyasətindən söz açıb, Azərbaycanın intibah dövründən danışıb.

Tədbir tələbələrin çıxış və fikir mübadilələri ilə davam edib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet