Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni layihəyə start verilib. 2016/2017-ci tədris ilindən UNEC-də dərs prosesi valideynlərin üzünə açıqdır.
Bundan sonra valideynlər istədikləri zaman UNEC-ə gələrək dərs prosesi ilə yaxından tanış ola bilərlər. Eyni zamanda, valideynlər dekanlarla, kafedra müdirləri və müəllimlərlə görüşüb, öz müşahidələrini də bölüşə biləcəklər.