UNEC-də dissertasiyaların keyfiyyətinin yüksədilməsi və müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə Ekspertiza Komissiyası yaradılıb. Dissertasiyaların Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra ixtisaslar üzrə kafedralara müzakirə üçün göndərilməsi nəzərdə tutulur.
Yeni qaydaların tətbiqində əsas məqsəd UNEC-də elm sahələri və ixtisaslar üzrə müdafiə edən doktorant və dissertantların dissertasiyalarının kafedralarda ilkin ekspertizasına qədər keyfiyyətinin yüksədilməsinə dair rəy vermək, təkliflər hazırlamaq və müasir tələblərə uyğun olduğunu təmin etməkdən ibarətdir.
Ekspertiza Komissiyasının əsas vəzifəsi elmi-tədqiqat işlərinin məzmununun keyfiyyətcə yaxşılaşdırılmasına xidmət etməkdir.
UNEC-də elm sahələri və ixtisaslar üzrə təhsil alan doktorant və dissertantların dissertasiyalarının keyfiyyətinin yüksədilməsinə dair təkliflərin verilməsi,elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiyaların tələblərə uyğunluğunun yoxlanılması, dissertasiyaların tərtibi qaydalarına uyğunluğun yoxlanılması, dissertasiyaların əsas nəticələrinin dərc olunmasına dair elmi nəşrlərin uyğunluğunun yoxlanılması, dissertasiyaların müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi komissiyanın funksiyalarına daxildir.