Tədbiri giriş sözü ilə açan UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Oxu Mədəniyyəti” layihəsindən bəhs edərək, təhsilalanlar arasında oxu mədəniyyətinin formalaşdırılması məqsədilə onlara mütaliə vərdişlərinin faydalarından bəhs edib. A.Abdullayeva dünya mədəniyyəti indeksi üzrə ilk sıralarda yer alan ölkələrdən, onların mütaliə vərdişlərindən danışıb. Həmçinin 3 saylı tədris binası üzrə təhsilalanların kitabxanadan istifadə statistikasını də tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, kitabxanaya yeni alınmış kitablar barədə də məlumat verib, tələbələri kitabxanadan və resurslardan yararlanmağa, eləcə də oxu mədəniyyəti ilə bağlı təşkil edilmiş tədbirlərdə fəal iştirak etməyə səsləyib.
3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva UNEC Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanası, elektron kataloqu, mərkəzin abunə olduğu Emerald Publishing, İPR Smart nəşriyyatları və EBSCO kimi beynəlxalq data bazalar haqqında məlumat verib. Açıq Girişli (Open Access) tədqiqat bazaları (ECONBİZ, İksadyayınevi, Hindawi, ARTSTOR, IEEE rəqəmsal kitabxanası və s.), onlardan istifadə və axtarış imkanları barədə danışıb.
Sonra 3 saylı kitabxananın əməkdaşı Fərrux Səmədli kitabxanadan ümumi istifadə və etik davranış qaydaları ilə bağlı təqdimatla çıxış edib.
Təlimdə UNEC Dizayn fakültəsinin tələbə-müəllim heyəti, Kaspi Liseyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Bakı Ali Neft Məktəbinin əməkdaşları, ADMİU-nun və ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər.
Təlim iştirakçıların suallarını cavablandırmaqla yekunlaşıb.
*
https://news.unec.edu.az/xeber/100-elm/9948-unec-de-elektron-resurslardan-istifade-bacariglari-ve-kitabxana-etikasi-movzusunda-telim-kechirilib