UNEC-də “Gənc Elçilər” proqramı təqdim edilib

13 MART 2017 | VIEWS:

Martın 13-də UNEC-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənc Elçilər” proqramının təqdimatı olub.

Təqdimatda bildirilib ki, Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı olan “Gənc Elçilər” layihəsinin məqsədi ölkəni beynəlxalq arenada layiqli təmsil edə biləcək gənclərdən ibarət xüsusi qrupun formalaşdırılmasıdır. Proqram çərçivəsində gənclərə respublika ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə lazımi biliklər aşılanacaq. Onlar beynəlxalq nəzakət və protokol qaydaları mövzularında maarifləndiriləcəklər. Gənclərin beynəlxalq ələqələr sahəsində nəzəri biliklərinin təcrübəyə köçürülməsi və beynəlxalq tədbirlərdə iştirakının təmin olunması da layihənin hədəfləri sırasındadır.

Proqramın birinci mərhələsi maarifləndirici xarakter daşıyır. Gənclər peşəkarlar tərəfindən müxtəlif mövzularda təlimləndiriləcəklər. Sonra onların təlimlərdə əldə etdikləri bilikləri simulassiya oyunları, diplomatlarla master-klass və görüşlər, digər alətlər vasitəsi ilə təcrübədən keçiriləcək. Bu, proqram çərçivəsində keçiriləcək fəaliyyət və təmsilçilik zamanı reallaşdırılacaq. Sonuncu mərhələdə isə gənc elçilərin əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakı proqramın əsas missiyası olan Azərbaycan gənclərinin beynəlxalq təmsilçiliyinin genişləndirilməsini həyata keçirəcək. Seçim mərhələlərindən uğurla keçən şəxslər proqramda iştirak haqqı qazancaqlar. Proqramın fəaliyyətinin 80%-ində iştirak edən gənclər xüsusi şəhadətnamə və tövsiyə məktubu ilə təltif olunacaqlar.

Proqramın faydaları və meyarlarından danışan təlimçilər layihəyə qatılmaq istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri