UNEC-də Keyfiyyət Şurasının iclası keçirilib

28 YANVAR 2016 | VIEWS:

Yanvarın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Özünüqiymətləndirmə və keyfiyyətin yüksəldilməsi” üzrə daimi şuranın ikinci iclası keçirilib. UNEC rektoru, professor Ədalət Muradovun sədrliyi ilə keçən iclasın gündəliyinə beş məsələnin müzakirəsi çıxarılıb.

“Nəşrə təqdim edilən kitabların qiymətləndirilməsi” qaydaları və UNEC ilə digər ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadilə mexanizmi barədə təklif layihələri müzakirəyə çıxarılıb. Şura üzvlərinin rəyləri dinlənildikdən sonra hər iki məsələnin növbəti iclasa qədər təkmilləşdirilməsi tövsiyə edilib.

Şura üzvləri “Keyfiyyət elçilərinin fəaliyyət istiqamətlərinin, səlahiyyət və vəzifələrinin müəyyən edilməsi, mühazirə və seminar dərslərinin monitorinqi formaları”nı müzakirə edərək, sənədin təkmilləşdirilməsi və əmrləşdirilməsini qərara alıblar.

Şura üzvlərinin müzakirəsindən sonra “UNEC – biznes əlaqələrinin inkişaf etdirilməsi və məzunların işlə təmin olunmasının təkmilləşdirilməsi layihəsi ilə “Tədris intizamının gücləndirilməsi tədbirləri haqqında” əmr layihəsi qəbul edilib.

Sonda UNEC rektoru Ə.Muradov gündəlikdəki məsələlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna