Yanvarın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında sonuncu “Açıq qapı” günü keçiriləcək. UNEC-in rektoru, professor Ədalət Muradov tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyəcək.
Qeydiyyat üçün əlaqə: 012 497 58 63
Qeyd: Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrə uyğun olaraq, UNEC-də imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. İmtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür. Əlavə olaraq, tələbələr Elektron Apellyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya bilirlər. İmtahan sessiyası dövründə UNEC-in rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirir.