UNEC-də ölkənin monetar siyasəti ilə bağlı müzakirələr aparılıb

15 YANVAR 2016 | VIEWS:

bank15012016Yanvarın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin monetar siyasəti ilə bağlı elmi seminar keçirilib.

UNEC-in professoru Zahid Məmmədovun rəhbərliyi ilə keçirilən seminarda universitetin müəllimi Elxan Vəliyev “Maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin rolu: təhlil və qiymətləndirmə” mövzusunda məruzə ilə çıxış edib. Qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər barədə məlumat verən məruzəçi bildirib ki, bu proseslər ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Yaranan yeni vəziyyət məzənnə rejiminə yenidən baxılmasını zəruri edib. Mərkəzi Bankın “üzən məzənnə rejiminə”nə keçid barədə qərarı milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəldilib.

“Bank of Baku”nun departament direktoru Kamil Lətifov məruzə ətrafında çıxış edib. Bildirib ki, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.

Professor Zahid Məmmədov Azərbaycanda Prezident yanında məzənnə siyasəti və qiymət dəyişməsi dinamikasına görə cavabdeh olan Valyuta Şurasının yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu rəsmi orqan ölkədə valyuta məzənnəsi ilə bağlı mütəmadi bəyanatlar verməli, məzənnə dəyişkənliyini əsaslandırmalı, valyutanı harada saxlamaq, onu hansı sahələrə yatırmaq və cəlb etməklə bağlı tövsiyə və təkliflər verməlidir. Z.Məmmədov ölkənin valyuta gəlirlərini artırmaq üçün xarici ölkələrdən tələbələrin cəlb edilməsinin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, ölkənin ali təhsil müəssisələrində bunun üçün bütün imkanlar var. UNEC-də də onların tələbatına görə 4 dildə – Azərbaycan, rus, ingilis, türk dillərində keyfiyyətli tədris imkanları mövcuddur.

Seminarda bildirilib ki, ölkədə maliyyə sabitliyinin təmin olunması ilə bağlı müfaviq çalışmalar Mərkəzi Banka təqdim ediləcək.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol