UNEC-də tədrisin təşkilində mühüm dəyişikliklər

17 İYUL 2020 | VIEWS:

UNEC-də yeni tədris planlarının hazırlanması ilə bağlı onlayn  müzakirələr aparılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov Təhsil naziri Ceyhun Bayramov müvafiq əmri ilə “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan ixtisaslar  üzrə yeni təhsil standartlarının təsdiq edildiyi bildirib. Dünyanın ən yaxşı 25 universitetin təcrübəsi əsasında hazırlanan yeni standartların təhsil sistemində köklü dəyişikliklər etdiyini diqqətə çatdırıb. Rektor dəyişikliyin milli təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması, tələbə mobilliyinin artırılması, tələbələrin müvafiq kompetensiyalarının, eləcə də yumşaq və sərt vərdişlərinin formalaşdırılması, məzunların əmək bazarının tələblərinə cavab verməsi, tələbələrin daha çox sərbəst işləmələrinin stimullaşdırılması və s.  istiqamətində ciddi addım olduğunu qeyd edib. Yeni standartlara uyğun olaraq tədris planlarının hazırlanmasının və dəsrlərin təşklinin vacibliyini vurğulayıb.

UNEC-in prorektoru, dosent Anar Rzayev tədris standartları barədə məlumat verib. Bildirib ki, dəyişkilyə əsasən, Yekun Dövlət Attestasiyası (YDA) ləğv edilib, tədrisin təşkilində 1+3 modeli əsas götürülüb, xarici dilin tədrisi iki ilədək uzadılıb. Yeni standartlara uyğun tədris planlarının hazırlanması ilə bağlı müvafiq kafedra və strukur bölmə rəhbərləri ilə müzakirələrin aparıldığını deyib.

İclasda təcrübənin təşkilində köklü dəyişikliklərin olduğu, I kursun birinci semestrində “Karyera planlaması”, II semestrdə “Yumşaq vərdişlər” fənnin, IV kursun 8-ci semestrində isə “Sərt vərdişlər” fənninin tələbələrə tədris olunacağı qeyd edilib. Müəyyən edilmiş meyarlar əsasında tələbələrin müəssisələrdə təcrübə keçməsinə də şərait yaradılacaq. Təcrübənin təşkilində daha bir yenilik isə tələbələrə akademik transkriptlə yanaşı, tələbələrin bilik və bacarıqlarını özündə ehtiva edən qeyri-akademik transkriptin verilməsi ilə bağlıdır. Qeyri-akademik traskript üzrə meyarların məyyən olunması  istqamətində işəgötürənlər arasında müzakirələrin aparıldığı bildirilib.

UNEC-də I ixtisas qrupu üzrə 9 yeni ixtisasın, II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə “Sosial iş” ixtisasının açıldığını deyən rektor, həmin ixtisaslar üzrə UNEC-də yüksək ixtisaslı mütəxəssilərin hazırlanacağına əminliyini ifadə edib. Texniki və texnoloji ixtisaslar üzrə ən müasir standartlara cavab verən, müasir laboratoriyalarla təchiz olunan yeni kampusun hazır olduğunu və yeni tədris ilindən tələbələrin istifadəsinə veriləcəyini deyib.

Rektor yeni tədris ilində dərslərin distant formada təşkilinin nəzərdə tutulduğunu bildirib. Distant dərslərin təşkili ilə bağlı UNEC Ekstern Mərkəzinin texniki imkanları hesabına müəllimlərə sertifikat proqramlarının təşkil olunacağını qeyd edib. Distant dərslərin tədrisinə xaricdə yaşayan professor və müəllimlərin də cəlb ediləcəyini diqqətə çatdırıb.

İclasda UNEC-in nəzdində iki kollecin verilməsi məsələsinə də toxunulub. Bildirilib ki, klasterləşmə universitet idarəetməsində də köklü dəyişiklikləri zəruri edir. Universitet vahid universitet idarəetməsi çərçivəsində UNEC-də elektron və ənənəvi universitet idarəetməsi modelinin tətbiq olunacağı qeyd edilib.

http://news.unec.edu.az/xeber/106-tedris/6667-bold-red-unec-de-tedrisin-teshkilinde-muhum-deyishiklikler-red-bold

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol