Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində “Tələbə-Mentor” sistemi yaradılıb. Mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir. Fakültənin III kurslarından 12 mentor seçilib. I kursların hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib.
Sentyabrın 15-dən fəaliyyətə başlayacaq mentorlar I kurs tələbələrinin universitet həyatına adaptasiya etmələrinə yardım edəcək.
Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbində “Senior mentor” (Böyük Mentor) da fəaliyyət göstərəcək. Senior mentor bir nəfər olmaqla, IV kurs tələbələri arasından seçilib. O, azad mentor kimi fəaliyyət göstərərək birinci kursların bütün qruplarına dəstək verəcək.
Beynəlxalq İqtisadiyyat Məktəbinin birinci kurs qrupları üzrə Mentorları:
Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinəqəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıb. Bununla da Beynəlxalq İqtisadiyyat Məktəbinə minimal keçid balında yüksəliş qeydə alınıb. Orta keçid balı isə maksimum həddə çataraq, 635 olub.