Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Bemar+Karyera Məktəbi, British Town Təlim Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə təlimlər keçirilib.
Bemar+Karyera Məktəbinin rəhbəri Bektaş Önal tələbələrə “Marketinq və satış texnikaları” mövzusunda təlim keçib. B.Önal satış prosesinin düzgün qurulmasının hər bir şirkətin uğurunun əsasını təşkil etdiyini bildirib. Satışın effektiv təşkili üçün işçilərin (satıcıların) məhsulu dərindən bilmələri ilə yanaşı, həm də müştəriləri tanımaq, müştərilərlə işləmək və ünsiyyət bacarıqlarının önəmli olduğunu vurğulayıb.
Təlimə qonaq qismində qatılan Bakcell şirkətinin kadrlar şöbəsinin işə qəbul üzrə mütəxəssisi Natəvan Məmmədli tələbələrə effektiv iş axtarışı, peşəkar CV hazırlanması, iş müsahibələrindən müvəffəqiyyətlə keçmə və uğurlu karyera planlaması barədə faydalı məlumatlarverib.
Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Tələbələrin marağına səbəb olan təlimlər UNEC-in bütün tədris binalarında təşkil olunub.