UNEC-də yaradılan imtahan sistemi dövlətin elektron hökumət siyasətinə dəstək nümunəsidir

08 YANVAR 2016 | VIEWS:

UNEC-də “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib.

Yanvarın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib. Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən ilk görüşdə təhsil və digər sahələr üzrə tanınmış QHT nümayəndələri və təhsil ekspertləri qış imtahan sessiyasının gedişini izləyiblər.
Əməkdar el13UNm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, təhsil üzrə ekspertlər Nadir İsrafilov və Böyükağa Mikayıllıdan ibarət monitorinq qrupu UNEC-in bütün tədris binalarında imtahanların gedişatını izləyiblər.
İmtahan prosesini yaxından izləyən monitorinq qrupu tələbələrlə də söhbətlər ediblər. Monitorinq qrupunun üzvləri sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektorla görüşdə ali təhsilin qarşısında duran məsələlər, həmçinin problemlərlə bağlı müzakirələr aparılıb.

UNEC-də imtahanları izləyən monitorinq qrupunun üzvlərinin təəssüratları:

1“Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü:
-Bu universitet innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir. Bu yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib.

 

 

Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev:
16UN– UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir. UNEC-də “Elektron universitet” modelinin tətbiqini alqışlayıram. Bu sistem tələbə-müəllim münasibətlərində “qəyyumluğun” aradan qaldırılmasına kömək edir və bu ideya geniş şəkildə təşkil olunmaqla kollektivin fəaliyyətini ona uyğun formalaşdırır. Hesab edirəm ki, şəffaflıq və düşüncə var. Elektron sistem imkan verir ki, həm valideyn, həm də tələbə imtahanın nəticəsini dərhal öyrənsin. Hesab edirəm ki, bu təcrübə digər ali məktəblərdə də öz profillərinə uyğun tətbiq olunmalıdır.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov:
6-Belə bir fəlsəfi fikir var ki, niyyət fəaliyyətin ruhudur. Niyyət saf olanda fəaliyyət ona yönələcək. Bir saat ərzində 500 tələbə imtahan verir və obyektivlik təmin olunur. Bu, gənclərin özünə inanmını daha da artırır. İmtahandan öncə onlara suallarla birlikdə cavablar da verilir. Özünə güvənən insan üçün bu, faydalı bir addımdır. Biliyə düzgün qiymət vermək dövlətə dəstəkdir. Dövlət öz büdcəsinin təxminən 20-25 faizini təhsilə xərcləyir. Bu da böyük məbləğ deməkdir. Məqsəd düşünən gənclik yetişdirmək olmalıdır. Bu baxımdan da biz onların biliyini düzgün qiymətləndirməliyik ki, onlar sabah öz ayaqları üzərində dayanıb bu dövlət üçün çalışa bilsinlər.

 

Təhsil üzrə ekspert Nadir İsrafilov:

12UN– İqtisad universitetində son zamanlar atılan mütərəqqi addımlar mətbuatın da marağına səbəb olub. Misal üçün, kreditlərə görə kəsirlərin ləğv edilməsi alqışlanmalıdır. Bu ali məktəb rəhbərinin tələbələrə göstərdiyi qayğı kimi dəyərləndirilməlidir.

İqtisad Universitetində yaradılan imtahan sistemi dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək nümunəsidir. Biz burada şəffaf imtahan mühiti müşahidə etdik. Çox xoş təəssüratla ayrılıram.

 

 

 

9UN

“XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev:

– Bu gün böyük tərkibdə, müşahidəçi qismində, bir neçə saat imtahanların gedişatını izlədik. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. Tələbələrlə söhbətlərdən məlum oldu ki, onlar yekdilliklə bu imtahan üsulunu bəyənirlər. Hesab edirəm ki, bu cür nümunələr öyrənilməlidir. UNEC imtahanlara vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələrinin cəlb olunmasına şərait yaradan ilk ali məktəbdir. Bu faktın özü təhsil haqqında mövcud qanunvericiliyə hörmətlə yanaşmanın bariz nümunəsidir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhvəsini verəcəkdir.

 

0x320“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev:
– Biliyin şəffaf qiymətləndirilməsi üçün gözəl infrastruktur yaradılıb. Xüsusilə elektron apellyasiya, mükəmməl imtahan götürmək proseduraları. Həm də bütün bunların İKT ilə təşkil olunması forması təqdirəlayiqdir. Müşahidə etdiyim ən vacib məqamlardan biri o idi ki, tələbələr çox rahat və sərbəst idilər. Müəllimləri də bir çox qayğılardan azad gördük. Bu, eyni zamanda bilik qazanmaq üçün yaxşı mühitin yaradılmasından xəbər verir. Yaradılan mühit imtahan prosesində korrupsiyanı sıfıra endirib. Bu da ən vacib olan bir məsələdir.

 

0Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:
– İkinci dəfədir ki, UNEC-də müşahidəçi qismində oluruq. UNEC rəhbərliyi şəffaflığın və obyektivliyin təmin olunması ilə bağlı iddialarını önə çəkir. Biz bunu dəyərləndiririk. Texniki heyətin imtahan zamanı texniki problemləri operativ şəkildə həll etməsi də imtahanın yüksək səviyyədə təşkilindən xəbər verirdi.

 

Təhsil üzrə mütəxəssis Böyükağa Mikayıllı:
– Çox novator bir ənənəni müşahidə etdik. Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksək səviyyədə mütəxəssis və vətəndaş hazırlığına xidmət edən məsələlərdir. Bir jurnalsit və ekspert kimi bu prosesləri alqışlayıram.

DSC_2651  DSC_2588   DSC_2574

 

Mənbə: http://azpolitika.info/?p=183999

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino