Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaz semestrindən yeni təhsil xidməti fəaliyyətə başlayıb. Belə ki, kənar şəxslər UNEC-də tədris olunan fənlər üzrə kredit əldə edə biləcəklər. Bununla bağlı, UNEC-in Elmi Şurasında “Kənar şəxslərin kredit qazanmaq üçün təhsil xidmətinin təşkili haqqında” qaydalar təsdiq olunub.
Qaydalara əsasən, həm bakalavr, həm də magistratura pilləsini bitirən şəxslər seçdiyi fənn üzrə dərslərdə dinləyici kimi iştirak edib, həmin fənnin kreditini əldə edəcək. Bakalavrlar yalnız bakalavr, magistrantlar isə həm bakalavr, həm də magistratura pilləsi üzrə kredit ala biləcəklər. Təhsilalanın biliyinin qiymətləndirilməsi tədris planı, fənnin sillabusunda nəzərdə tutulan meyarlar və UNEC-in daxili qaydaları əsasında aparılacaq. İmtahanı müvəffəqiyyətlə verən dinləyicilərəqiymət vərəqəsi (transkript) təqdim ediləcək.
Dərslərdə iştirak etmək istəyənlər hər semestrin əvvəlində ərizə ilə UNEC-ə müraciət etməlidir. Tələb olunan fənn həmin semestrdə tədris olunarsa müraciət edən şəxs dərslərdə iştirak edə bilər.