UNEC əməkdaşları Portuqaliya universitetində təcrübə mübadiləsində olublar

02 NOYABR 2023 | VIEWS:

UNEC əməkdaşları Erasmus+ proqramının (ENGAGE) layihəsi çərçivəsində Portuqaliyanın Lissabon şəhərində işgüzar səfərdə olublar.

Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Gültac Tahirli UNEC-in tərəfdaş olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan ali təhsil müəssisələrində dayanıqlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda layihə çərçivəsində Portuqaliyanın Ali Texniki İnstitutunda (İnstituto Superior Tecnico) təşkil olunan təlimlərdə iştirak ediblər.

Təlimlərdə UNEC nümayəndələri ilə yanaşı, ölkənin, eləcə də İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərin nümayəndə heyəti də təmsil olunub.

Təlimlərin məqsədi sahibkarlıq və innovasiya fəaliyyətlərinin universitetlərdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi imkanlarının araşdırılması olub.

5 gün ərzində reallaşdırılan təlim proqramında iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyaları, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olublar və müzakirələr aparıblar. Eyni zamanda Lissabondakı bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərində olublar.

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təqdimatla çıxış edərək, UNEC-in İnkişaf Strategiyasınən hədəflər və məqsədləri barədə iştirakçılara məlumat verib. Sahibkar universitetə çevrilmək məqsədinin reallaşdırılması istiqamətində UNEC-in müəyyənləşdirdiyi hədəflərdən və görülən işlərdən danışıb.

BƏD-in əməkdaşı Gültac Tahirli isə universitetlərdə dayanıqlı sahibkarlıq ekosisteminin formalaşdırılmasının müasir problemlərini əhatə edən mövzuda qrup işi təqdimatı ilə çıxış edib.

Səfərin sonuncu günündə UNEC əməkdaşları Lissabon Ali Texniki İnstitutunun Beynəlxalq ofisinin əməkdaşları ilə görüşüblər. Görüşdə UNEC ilə Lissabon Ali Texniki İnstitutu arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

*

https://news.unec.edu.az/xeber/124-beynelxalg-emekdashlig/10753-unec-emekdashlari-portugaliya-universitetinde-tecrube-mubadilesinde-olublar

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro