UNEC ilə bp-nin əməkdaşlığı çərçivəsində “Elmin inkişafına dəstək: İnnovativ ideyalar və perspektivlər” adlı Forum keçirilib

12 İYUN 2023 | VIEWS:

UNEC və bp arasında əməkdaşlıq çərçivəsində “Elmin inkişafına dəstək: İnnovativ ideyalar və perspektivlər” mövzusunda Forum keçirilib.

UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları tədbirdən öncə bp-nin maliyyə dəstəyi ilə UNEC-də yaradılan Aziz Sancar adına Qida Təhlükəsizliyi, Qida kimyası, Ekologiya kimyası laboratoriyaları və Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Tədris üçün nəzərdə tutulan laboratoriyaların fəaliyyətini yüksək qiymətləndiriblər.

Forumun açılışında çıxış edən rektor professor Ədalət Muradov UNEC ilə bp arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən söz açıb. UNEC-ə göstərdiyi dəstək üçün bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə təşəkkürünü bildirib.

Rektor UNEC-də 39 elmi-tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini və həmin mərkəzlərdə xaricdən 113 tədqiqatçının araşdırmalar apardığını bildirib. Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin universitetə qazandırdığı qrant layihələrindən söz açan rektor, UNEC üzrə Scopus bazasında çap olunan elmi məqalələrin üçdə bir hissəsinin məhz həmin mərkəzin payına düşdüyünü diqqətə çatdırıb.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli uğurla tamamlanan layihənin UNEC-ə beynəlxalq elmi təşəbbüslərə qoşulmaq, nüfuzlu və təcrübəli bir mənbə kimi dünyanın aparıcı elmi institutları ilə əməkdaşlıq etmək imkanları yaradacağından, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə və tədqiqat potensialının genişləndirilməsinə mühüm töhfə qazandıracağından əminliyini ifadə edib.

Sonra UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayev mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və hədəflər barədə təqdimatla çıxış edib. Bildirib ki, bir neçə komponenti əhatə edən layihə universitetin professor-müəllim heyətinin, tədqiqatçıların dünyanın aparıcı tədqiqat mərkəzləri ilə bir araya gələrək, öz elmi fəaliyyətlərində daha böyük uğurlara nail olmalarına dəstək məqsədi daşıyır. R.Rzayev bp tərəfindən mərkəzə hədiyyə olunan tam avtomatik Drawell DTR8000 Raman spektrometri cihazının tibbi analiz, kənd təsərrüfatı və qida texnologiyaları, suyun çirklənməsinin təhlili və digər aparıcı fənn sahələrində tədqiqatlar aparmağa imkan yaratdığını diqqətə çatdırıb.

Forumda iştirak edən akademiklər Arif Həşimov və Adil Qəribov UNEC-in elmi fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi layihələri, həmçinin universitetdə yaradılan şəraiti yüksək qiymətləndiriblər. Elmin inkişafı baxımından innovativ ideyaların əhəmiyyətindən danışıblar.

*

https://news.unec.edu.az/xeber/100-elm/10352-bold-red-unec-ile-bp-nin-emekdashligi-cherchivesinde-elmin-inkishafina-destek-i-nnovativ-ideyalar-ve-perspektivler-adli-forum-kechirilib-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna