Ekskurisiya zamanı Azərsun Holdinqin nümayəndə heyəti qonaqlara fabrikin fəaliyyəti haqqında ətraflı məlumat verərək, onları yenidən istehsal prosesini müşaiyyət etməyə dəvət edib. Alman müəllimləri və magistrlər istifadə olunan karton və kağızın yenidən istehsal prosesini həm Azərbaycanın və eyni zamanda dünyanın ətraf mühitinə ölkə tərəfindən göstərilən qayğısını yüksək qiymətləndirərək, prosesin mükəmməl təşkil olunduğu qeyd ediblər.
Ekskursiyanın sonunda Alman professoru Petra Moog qonaq kitabında öz arzu və istəklərini qeyd edib.
Qeyd: UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsi 2016-cı ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin müsabiqəsinin qalibi olub. Layihənin icra müddəti dörd ildir. Layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlər təşkil edilir. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar keçirilir. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün hər il Almaniyada bir aylıq tədqiqat imkanı yaradılır, Almaniyanın gənc alim-təqdiqatçıları isə Azərbaycanda elmi-tədqiqat aparırlar. Layihə çərçivəsində tələbələr Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da əldə edirlər.