Qeyd edək ki, Suqra Hümbətovanın iqtisadiyyat sahəsində 100 elmi məqaləsinə, o cümlədən Web of Science və Scopus bazalarında indeksləşən 39 tədqiqat işinə dünyanın müxtəlif tədqiqatçıları və alimləri tərəfindən 564 istinad olunub.
Suqra Hümbətova 2024-cü ilin mart ayında UNEC-in Xanım Tədqiqatçılar Şurasının Obuda Universiteti ilə birgə elmi əməkdaşlığı çərçivəsində həmin universitetdə 1 ay müddətində “Macarıstan və Azərbaycan nümunəsində yaşıl iqtisadiyyatın təhlili” mövzusunda qonaq professor qismində tədqiqat aparıb.