UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə və Karyera mərkəzinin direktoru Sevinc Məcid Macarıstanın Budapeşt Biznes Universitetində (Budapesti Gazdasági Egyetem (BGE) olublar.
UNEC-in nümayəndə heyəti Budapeşt Biznes Universitetində Beynəlxalq əlaqələr departamentinin direktor müavini Dalma Horvat İboliya, Maliyyə və mühasibatlıq fakültəsinin dekanı və beynəlxalq məsələlər üzrə rəhbəri Aqota Kiss və digər rəhbər şəxslər və tələbələrlə görüşüb.
Görüşdə BGE və UNEC arasında tələbə mübadiləsi, birgə layihələrin hazırlanması və həmçinin Macar hökumətinin təqaüd proqramlarında UNEC tələbələrinin iştirakının təmin olunması üçün stimulverici addımların atılması məsələsi müzakirə olunub. Növbəti mərhələdə iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat istiqamətində əməkdaşlığın həyata keçirilməsi üçün uyğun ixtisasların müəyyən olunması və tədqiqatçıların prosesə cəlb olunması istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.
Həmçinin beynəlxalq reytinqlərdə universitetlərin uğurlu iştirakının təmin olunması istiqamətində hər iki tərəfin təcrübəsi qarşılıqlı paylaşılıb. Sonda görüşdə iştirak edən UNEC pedaqoji heyəti tələbələr qarşısında Marketinq, Karyera planlaması, Yumşaq bacarıqlar, Sərt bacarıqlar mövzusunda qonaq məruzəçi qismində çıxış ediblər.
Səfər çərçivəsində UNEC nümayəndələri universitetlərin mühazirə və seminar otaqlarına, kitabxanalarına baxış keçirib, tələbələr üçün yaradılan şərait və müxtəlif sosial layihələrlə də tanış olublar.