“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”- MÜSAHİBƏ

12 İYUL 2018 | VIEWS:

UNEC-in 2017/2018-ci tədris ilində ən yüksək balla bitirən məzunu Səbinə Nəcəfzadə oldu. Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcəfzadə uğur hekayəsini UNEC News-la bölüşüb.

İSE-yə qəbul olmaq universitetdəki ilk uğurum idi

UNEC-i ən yuksək balla bitirəcəyimi gözləmirdim. Buna görə də sevincim və həyəcanım daha çoxdur. Gözləmədən gələn xəbərlər həmişə insanı daha çox sevindirir və həyəcanlandırır. Abituriyent vaxtı adını dəftərimə yazdığım UNEC-in maliyyə ixtisasına qəbul olmağı arzu edirdim. Sonda oldu… Xoşbəxtəm! Çünki arzuladığım universitetdən birinci olaraq ayrılıram. UNEC-ə qəbul olduğum ilk həftələr yeni sistemə, yeni simalara və yeni bir həyata uyğunlaşmağa çalışırdım. Hətta ilk kollokvium ballarım çox aşağı oldu. İlk kollokviumdan sonra isə uyğunlaşdım. Elə həmin semestr də Beynəlxalq İqtisadiyyat Məktəbi yaradıldı və bununla da mənə həyatda yeni qapılar açıldı. İSE-yə qəbul olmaq mənim universitetdəki ilk uğurum idi deyə bilərəm, çünki bu fakültənin həyatımın formalaşmasında rolu çox böyükdür.

İmtahanlara müəllimin tələbləri ilə yanaşı, “mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam

Məqsədim ən yüksək bal toplamaq deyildi. Sadəcə edə bildiyimin ən yaxşısını etmək idi. Bunu da qismən bacardım. İmtahanlara müəllimin tələbləri ilə yanaşı, “mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam. Ona görə də imtahanlardan hər zaman sonda çıxırdım, hətta çıxmırdım vaxt bitdi deyə çıxarılırdım. Belə maraqlı məlumat da deyim ki, tələbəliyin olmazsa olmazı – qaib limitini yaşamamışam. Hətta qaibdən bal belə itirməmişəm. Hər semestr qaiblərimi  saxlayıb son həftə istirahət edərəm deyə düşünürdüm. Lakin son həftə dərsə getməsəm müəllim önəmli məlumat deyəcək mən eşitməyəcəm deyə yenə gedirdim. İSE-də sessiya imtahanlarından öncə məsləhət saatı olurdu. Bu vaxt məllimlər tələbərə qaranlıq qalan sualları izah edib, imtahanlarla bağlı məsləhətlərini verirdi. Düşünürəm ki, bu görüşlərdə iştirakımın yüksək nəticə əldə etməyimdə rolu var.

Əsas rəqibim qrup yoldaşım Emil Alıyev idi, qızlardan isə bu potensialı Nəzrində görürdüm. Lakin onları rəqib də adlandıra bilmərəm. Çünki hər biri mənim üçün dəyərlidir. Dörd il ərzində imtahanlara bir yerdə hazırlaşıb, bir-birimizə kömək olurduq. Ona görə də qalibin kim olmasından asılı olmayaraq hamımız sevinərdik.

4 ildir ki, UNEC-i ən yüksək balla bitirənlər ancaq qızlardır. Təsadüf olduğunu düşünürəm. Kim daha çox çalışır və istəyir o da qazanır. Növbəti illərdə oğlanların da adını bu lövhədə görəcəyimizdən əminəm. Hətta növbəti illərdə oğlan favorim belə var.

UNEC-in “ikinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır

UNEC-in ikinci əlacı təqaüdü olan “Top15”liyə mən II kursa başlayanda start verildi. “İkinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır, onların stimullaşdırılması baxımından çox təqdirəlayiq addımdır. Onlara ekstra motivasiya verərək, daha çox çalışmalarına səbəb olur. Ən əsası da qazanılan ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi. II kursun hər iki semestrində “Top15” tələbərindən biri oldum.

4 il öncə adını dəftərimə yazdığım universitetin fəxri daşına bu gün adım yazılıb

Adım UNEC-in fəxri daşına həkk olunub. Çox fərqli hisslər içindəyəm. Təsəvvür edin 4 il öncə dəftərimə adını yazdığım universitetin fəxri daşına bu gün mənim adım yazılıb. 4 ildir bu daşa İSE tələbələri adlarını yazdırır və ümid edirəm bu, belə də davam edəcək. Növbəti illərdə orada İSE ailəsindən birinin adını görmək istəyirəm.

UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı

Həyatımın ən unudulmaz və dəyərli 4 ilini yaşadım. İndidən tələbəlik üçün, hətta imtahanlar, layihələr üçün də çox darıxıram. UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı, dəyərli insanlarla tanış olmaq imkanı verdi: 1021-ci qrup, İSE tələbələri, əziz müəllimlərimiz və dəyərli fakültə əməkdaşlarımız. Uğurumuzda müəllimlərimizin, universitet kollektivinin rolu böyükdür. Onların sayəsində əvvəllər xəyalını belə qurmadığım uğurlara imza atıram, qərarlarım və məqsədlərim daha iddialıdır.

Magistr təhsili almağa tələsmirəm. Mənə görə oxumağın yaşı yoxdur. Ona görə də tələsik qərar vermək istəmirəm. Tələbəlik bitdi deyə, “oxumaq bitdi” demək doğru deyil. Nə qədər ki, varıq və elm inkişaf edir mən də oxumağıma davam edəcəm. Hazırda PASHA Travel-də mühasib kimi çalışıram. İşdən sonra isə yenə kitablarım mənimlədi.

Tələbələrə tövsiyəm…

Zamanın dəyərin bilin. Tələbəlik həyatın ən önəmli illəridir. Bu illəri maksimum dərəcədə düzgün dəyərləndirin. Uğursuzluqdan qorxmayın. Hər bir zirvəyə gedən yolda enişlər də olur. Ən önəmlisi bunlardan düzgün nəticə çıxardıb, daha da əzmlə yola davam etməkdir. Sizi xoşbəxt edən addımlar atıb, sevdiyiniz işlə məşğul olun.

UNEC NEWS

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna