Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, elm və tədris müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin direktoru prof. Zahid Məmmədov tədbiri açaraq, ilk dəfə olaraq UNEC-in daxili vəsaiti hesabına qrant müsabiqəsinin keçirildiyini deyib. Müsabiqənin əhəmiyyətini və şərtlərini iştirakçıların diqqətinə çatdırıb.
Sonra layihə rəhbəri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev və layihə icraçısı, “Kompozit Materiallar” ETM-nin tədqiqatçısı, BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri prof. Maarif Cəfərov icra edilmiş layihə barədə təqdimatla çıxış ediblər.
Təqdimatdan sonra suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Yerinə yetirilən layihənin elmi nəticələri və praktik tətbiqləri ilə bağlı professorlar Hüseyn İbrahimov, Nurəli Yusifbəyli və Əmdulla Mehrabov məlumat veriblər.
Sonda tədbir iştirakçıları “Kompozit Materiallar” ETM-nin laboratoriyaları ilə yaxından tanış olaraq, gələcəkdə birgə tədqiqatların aparılması məqsədilə elmi-praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danşıblar.
*
https://news.unec.edu.az/xeber/100-elm/10593-unec-in-ilk-grant-musabigesinde-galib-olan-layihenin-tegdimati-kechirilib