UNEC-in ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının müddəti uzadılıb

28 OKTYABR 2016 | VIEWS:

Türk Standartları İnstitutunun Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirdiyi Keyfiyyəti İdarəetmə Sisteminin  auditi başa çatıb.

ISO 9001:2008 KİS layihəsi çərçivəsində 2015-2016-cı illəri əhatə edən audit prosesi üç gün davam edib. Türk Standartları İnstitutunun baş auditoru Hasan Demirtaş ISO standartlarına uyğun olaraq, UNEC-in bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirib. Auditin son günü universitet rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən yekun iclasda auditin nəticələrinə dair qərar verilib.

Qərara əsasən, UNEC-in bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqlənib və  bir il müddətinə uzadılıb.

ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi”ndən əldə ediləcək faydalar aşağıdakılardır:

  • Əsas struktur vahidləri üzrə həyata keçirilən fəaliyyətlərin proses sxemlərinin hazırlanmasına düzgün nəzarəti təmin edir;
  • Əsas struktur vahidləri üzrə ölçülə bilən keyfiyyət hədəflərininin təyin olunması onların qiymətləndirilməsini asanlaşdırır;
  • Sənədləşmənin beynəlxalq norma və standartlara uygunlaşdırılması həm onların düzgün uçotunun aparılmasını asanlaşdırır, həm də vahid sənədləşdirmə sistemini formalaşdırır;
  • Səlahiyyətlərin düzgün bölgüsünü və qarşılıqlı əlaqə sistemini təmin edir;
  • Daxili audit sisteminin təkmilləşdirilməsi;
  • Beynəlxalq standartlarla fəaliyyət göstərən təhsil müəssisələri, elmi tədqiqat institutları və qurumları ilə əməkdaşlığı asanlaşdırır;
  • Təhsil sisteminə beynəlxalq təcrübəni tətbiq etməklə yüksək imicin formalaşmasını təmin edir;
  • Beynəlxalq təcrübənin və yeni mütərəqqi metodların təhsil sisteminə inteqrasiyasının təmin edilməsi;
  • Universitetin strateji baxışının və hədəflərinin qiymətləndirilməsi üzrə kriteriyaların seçilməsini və qiymətləndirilməsini asanlaşdırır.
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol