Səfər çərçivəsində ilk görüş Latviyanın Turiba Universitetində keçirilib. UNEC əməkdaşları Turiba Universitetinin rektoru Zane Drinke, Biznesin idarə edilməsi fakültəsinin dekanı Evija Klave, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Agnese Pilane ilə görüşüblər.
Görüş zamanı tərəflər arasında təmsil etdikləri strukturun fəaliyyəti, görülən işlər, keçirilən təlim və seminarlar, beynəlxalq proqramlar, layihələr, startaplar, müvafiq fakültələr arasında bakalavr, magistr və doktorantura pillələri üzrə yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin tədris prosesi və gələcək planları barədə müzakirələr aparılıb.
Görüşün yekununda mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunub.