İki gün ərzində şirkətin mütəxəssisləri gənc müəllimlərə biznes etikası və Excell proqramından istifadə üzrə təlim təşkil edəcəklər. Eyni zamanda biznes etika və maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqi barədə məsləhət verəcəklər.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək. Müəllimlərdən təlimlərə noutbukla qatılmaları xahiş olunur. UNEC-in təlimdə iştirak etmək istəyən gənc müəllimləri Gənc Müəllimlər Şurasına müraciət edə bilər.
Təlimin keçirilmə tarixi:
19 aprel saat 11:00
20 aprel saat 14:00
Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, II mərtəbə, 200 saylı otaq.