Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilaxır çərşənbədə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyin nəznində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova UNEC-in tələbə-müəllim heyətinə mərkəz barədə məlumat verib. UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.
Görüş UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin konserti ilə davam edib.